FETÖ-nün yüksək səviyyəli idarəçisi, İzmir İnkişaf Agentliyinin keçmiş baş katibi və Baş Mülki Müfəttiş Ergüder Can Manisada MİT və jandarma qruplarının təşkil etdiyi əməliyyatda yaxalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, Manisa Bölgə Jandarma Komandanlığı qruplarına Fətullahçı Terror Təşkilatı ilə bağlı apardıqları araşdırmalar sırasında təşkilat üzvlərindən birinin Alaşehirdə gizləndiyi bildirilib.

MİT ilə birgə həyata keçirilən texniki və fiziki təqibdən sonra təşkilat üzvü Ergüder Canın gizləndiyi bağ evinin yeri müəyyən edilib.

Görülən tədbirlərdən sonra evdə əməliyyat keçirilib, Ergüder Can saxlanılıb.

O, İzmir 13-cü Ağır Cəza Məhkəməsi tərəfindən "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 11 il həbs cəzasına məhkum edilib.