Türkiyədə Kənd Təsərrüfatı Sığorta Hövzəsi (TARSİM) layihəsi çərçivəsində 2006-cı il iyunun 1-dən bu yana 15,7 milyard lirə, bu ilin ilk 8 ayında isə 2,7 milyard lirə zərər təzminatı ödənişi edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı məlumat verib. 

O, fermerləri təbii fəlakətlərdən qorumaq və kənd təsərrüfatı fəaliyyətlərini davam etdirmək üçün 2005-ci ildə "dövlət tərəfindən dəstəklənən TARSİM" başlığı ilə qoruyucu qalxan yaratdıqlarını deyib.

Bundan sonra kənd təsərrüfatında sığorta olunanların və sığorta haqlarının sayında artımların müşahidə edildiyini qeyd edən Yumaklı, dövlət tərəfindən verilən dəstək və kompensasiya ödənişləri ilə kənd təsərrüfatında ərzaq təminatının təhlükəsizliyinin təmin edilməsində, həmçinin fermerlərin şikayətlərinin həllində faydalı olduğunu bildirib.