Türkiyə Mərkəzi Bankı gələn ilin II yarısında dövriyyəyə rəqəmsal valyuta buraxmağı planlaşdırır.

Bunu qurumun sədri Naci Ağbal bildirib.

“Rəqəmsal valyuta ilə bağlı pilot layihənin həyata keçirilməsinə başlanılıb. 2021-ci ilin II yarısında onu test rejimində dövriyyəyə buraxmağı planlaşdırırıq”, - o deyib.

Baş bankir həmçinin Türkiyənin milli valyutasının məzənnəsinin və Mərkəzi Bankın valyuta ehtiyatlarının qorunması ilə bağlı cəmiyyətin haqlı tələblər irəli sürdüyünü deyib.

“Məzənnəni qoruyacağıqsa, bu, elan ediləcək proqram daxilində olacaq. Mənfəətimizin 10 %-i ehtiyat fondları üçün ayrılacaq", - N.Ağbal əlavə edib.