Türkiyənin Malatya vilayətində yük maşınının dərəyə yuvarlanması nəticəsində 2 nəfər ölüb.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzada daha 2 nəfər yaralanıb.

Hadisə yerinə jandarma, xilasetmə və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) qrupları sövq edilib.

Yaralılar xəstəxanaya aparılıb.