Türkiyənin Niğde vilayətində keçirilən tarixi əsər əməliyyatında 4 şübhəli saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Niğde Valiliyi məlumat yayıb.

Məlumata görə, Bölgə Jandarma Komandanlığı qrupları Yeşilgölcük ərazisində müəyyən edilən ünvanlarda tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirib.

Axtarışlar zamanı 978 əşya, 2 ov tüfəngi, sənədsiz tapança, 2 maqazin və 127 patron götürülüb.

Nəzarətə alınan 4 şübhəli barəsində istintaq başlanılıb.