Türkiyənin Malatya bölgəsində 5,2 maqnitudalı zəlzələ olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 13.93 km dərinlikdə qeydə alınıb. Təbiət hadisəsi Bakı vaxtı ilə 17:10-da qeydə alınıb.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.