Türkiyənin Malatya vilayətində zəlzələ baş verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, 4,4 bal gücündə baş verən zəlzələnin episentri Malatyanın Yeşilyurt rayonu olub. Zəlzələ yerli vaxtla saat 20:01-də baş verib.

Zəlzələnin 12,1 kilometr dərinlikdə qeydə alındığı müəyyən edilib.