Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Amerika Milli İdarəetmə Komitəsinin üzvlərini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı keçiriləcək yüksək səviyyəli sessiyaya qatılmaq və ikitərəfli təmaslar aparmaq üçün Nyu-Yorka səfər edən Hakan Fidan Türkevində Türkiyə-Amerika Milli İdarəetmə Komitəsi heyəti ilə görüşüb", - məlumatda qeyd edilib.