“Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi.

Türkiyə bu fikirdədir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur. Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də geniş material daşınması üçün əlverişli olan digər marşrutlar Azərbaycan tərəfinin vicdanla maksimum səy göstərdiyini göstərir", - bəyanatda deyilir.