Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Avropa İttifaqı (Aİ) Ankara ilə danışıqlar prosesində qeyri-sabitlik, ikili standartlar və qeyri-səmimilik nümayiş etdirir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə departamentin Avropa Komissiyasının (AK) genişlənmə, o cümlədən Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqlar prosesinin illik hesabatında deyilir.

"AK-nin hazırladığı hesabatda ölkəmizə qarşı ədalətsiz və qərəzli yanaşmalar var. Bu, bir çox təhlükələrlə üz-üzə olan qitəmizin gələcəyi üçün həyəcan təbili çalır. Hesabatda yer alan əsassız ittihamları və haqsız tənqidləri tamamilə rədd edirik. İttifaq bizə mövcud maneələri və ziddiyyətləri aradan qaldırmağa imkan verəcək danışıqlar prosesini siyasiləşdirməyə və bloklamağa davam edir", - bəyanatda deyilir.

XİN qeyd edib ki, Aİ bir tərəfdən də namizəd ölkə Türkiyə ilə xarici siyasət, regional inkişaf, təhlükəsizlik, müdafiə və digər məsələlərdə yüksək səviyyədə mövcud dialoq və əməkdaşlıq mexanizmlərini əngəlləyir.