Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

İqtisadiyyat.az “TRTHaber”ə istinadən xəbər verir ki, nazirlər “Taxıl sazişi”nin gələcəyini müzakirə ediblər.

Telefon danışığında Rusiyanın Türkiyəyə meşə yanğınlarında istifadə edilən irihəcmli yanğınsöndürən təyyarə göndərməsi barədə fikir mübadiləsi də aparılıb.