Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İsrailin enerji naziri İsrael Katz ilə telefon danışığı aparıb. 

İqtisadiyyat.az xəbər verir ki, danışıq zamanı enerji, xüsusilə təbii qaz sahəsində ikitərəfli və regional əməkdaşlıq imkanları müzakirə edilib.

"Görüş zamanı biz enerji, xüsusilə də təbii qaz sahəsində ikitərəfli və regional əməkdaşlıq imkanlarını qiymətləndirdik", - Bayraktar qeyd edib.

"Katzın dəvəti çərçivəsində ən qısa zamanda İsrailə səfər etməyi planlaşdırırıq", - türk nazir əlavə edib.