Türkiyə xarici işlər naziri Hakan Fidan İrana səfər edib və bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, səfər Abdullahiyanın dəvəti ilə baş tutub. 

Fidan və Abdullahiyanın, həmçinin nümayəndə heyətləri arasında görüş keçirməsi planlaşdırılıb.

Fidan və Abdullahiyan arasında baş tutan görüşdə iki ölkə arasındakı münasibətlərin, cari regional və beynəlxalq hadisələrin müzakirə olunacağı bildirilib və iki nazirin danışıqlardan sonra birgə mətbuat konfransı keçirəcəyi bildirilib.