Türkiyədən Rusiyaya 19 ton yumurta ixrac edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 25-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Rusiyaya satış üçün Türkiyədən 19 ton həcmində təxminən 1.5 milyon yumurta gətirilib",- deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 22-də Rusiya Azərbaycandan 3,3 milyon yumurta alıb.

 

Əli Ağayev