Ankara Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İsveçin paytaxtı Stokholmda Quranı yandıran Bəhrami Mərcan haqqında həbs qərarı çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Əldə edilən məlumata görə, ötən gün Stokholmda polisin nəzarətində İran əsilli Bəhrami Mərcan adlı şəxsin Quranı yandırdığı müəyyən edilib.

Bundan sonra Baş Prokurorluq “xalqı açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək və ictimaiyyətin bir hissəsi tərəfindən mənimsənilmiş dini dəyərləri açıq şəkildə təhqir etmək” cinayətləri ilə bağlı istintaqa başlayıb.

Respublika Baş Prokurorluğunun tələbi ilə Ankara 5-ci Sülh Cəza Hakimliyi şübhəli Mərcan haqqında həbs qərarı çıxarıb.