"Erkən atəşkəs və Qəzzada humanitar dəhlizin açılması İsrail və Fələstin arasında münaqişənin qızışmasının qarşısını alacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun "TRT" telekanalına müsahibəsində deyib.

"Böhranın davam etməsi regionda sabitliyin pozulması ilə əlaqəlidir və onun hüdudlarından kənara da yayılır. İndi əsas vəzifə tezliklə atəşkəs və Qəzzada humanitar dəhlizin açılmasıdır", - diplomat bildirib.

Altunun sözlərinə görə, buna İsrailin Fələstin-İsrail nizamlanması ilə bağlı BMT Baş Assambleyasının əvvəllər qəbul etdiyi qətnaməni ciddi şəkildə yerinə yetirməsi kömək edə bilər. O, təcili humanitar atəşkəs, beynəlxalq humanitar hüquqa riayət, Qəzza zolağına əsas ehtiyacların təmin edilməsi, bütün mülki şəxslərin azad edilməsi və humanitar yardımın maneəsiz çatdırılması çağırışlarını təkrar edib.