Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər üçün şəxsi təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib.

İqtisadiyyat.az xəbər verir ki, Ərdoğanı Esenboğa hava limanında Ankara valisi Vasip Şahin və əlaqədar rəsmilər yola salıblar.

Ərdoğanla bərabər xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və xarici işlər naziri Ticarət Ömər Bolat da BƏƏ-yə gedib.

***

21:55

"Bu axşam BƏƏ prezidentinin dəvəti ilə Dünya Hökumət Sammitində iştirak etmək üçün Dubaya yola düşürük. Fəxri qonaq qismində dəvət olunduğumuz builki sammitdə iştirak edən dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək, ikitərəfli əlaqələrimizi müzakirə edəcəyik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib. 

"Biz Misir prezidentinin dəvəti ilə Qahirəyə də gedəcəyik. Cənab Sisi ilə ölkələrimiz arasında bir çox məsələlərdə, xüsusilə iqtisadiyyat, ticarət, turizm, enerji və müdafiə sahələrində məsləhətləşəcəyik", - Türkiyə lideri əlavə edib.