Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İsveçin NATO-ya üzvlüyünü təsdiq edən qanun layihəsini imzalayıb.

Bu barədə İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, sədr qanun layihəsini komissiyaya təqdim edib.

Xatırladaq ki, 2022-ci ilin may ayında İsveç və Finlandiya alyansa qoşulmaq üçün ərizə təqdim edib. Finlandiya bu ilin aprel ayının 4-də hərbi bloka üzv olub.

 

Gözəl Həşimova