"İsveçin NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı müzakirələr gələn həftə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində yenidən keçirilə bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə komissiyanın sədri Fuat Oktay məlumat verib.

"Komissiya bu qanun layihəsini gələn həftə yenidən gündəmə gətirə bilə", - diplomat qeyd edib.

Komissiyanın iclasında çıxış edən Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar isə qeyd edib: "İsveç Türkiyənin alyansdakı gələcək müttəfiqi olaraq təhlükəsizlik sahəsində öz qanuni maraqlarını nəzərə almalıdır". 

O, İsveçin Türkiyə üçün əsas olan antiterror tədbirlərinin həyata keçirilməsi kontekstində öz öhdəliklərini və addımlarını əks etdirən yol xəritəsi layihəsi hazırladığını və krallığın səlahiyyətlilərinin PKK üzvlərindən birini Türkiyəyə ekstradisiya etdiyini bildirib. Bu arada Ankara Stokholmdan İsveçdə siyasi sığınacaq almış və Türkiyədə terror ittihamı ilə üzləşmiş ən azı onlarla şəxsin ekstradisiyasını tələb edir.