"Pençe-Kilit" əməliyyatı bölgəsində aparılan axtarış və təmizləmə fəaliyyətləri zamanı çoxlu sayda silah və sursat ələ keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PKK terrorçularını zərərsizləşdirməyə davam edən əsgərlər, həmçinin terror təşkilatının silah və sursatlarını da məhv etməyə davam edir.

Müvafiq olaraq, "Pençe-Kilit" əməliyyatlarının keçirildiyi bölgədə aparılan axtarış və təmizləmə fəaliyyətləri zamanı terrorçulara məxsus 34 min 560 ədəd AK-47 piyada tüfəngi, 440 ədəd 7,62 millimetr PKMS pulemyotu, 1588 ədəd Doçka və 25 ədəd RPG-7 tank əleyhinə sursat və digər texniki vasitələr aşkar edilib.