Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında keçirdiyi hava əməliyyatında aralarında məsul terrorçuların da olduğu 15 hədəfin məhv edildiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, İraqın şimalında yerləşən Hakurkda 4 noyabr 2023-cü il tarixində saat 19.30-da bölgədəki terror hədəflərinə qarşı hava əməliyyatı həyata keçirilmiş və hava əməliyyatı ilə mağara, sığınacaq və anbarlardan ibarət cəmi 15 hədəf məhv edilmişdir. Həmçinin, məsul səviyyədə terrorçular məhv edilib", - məlumatda qeyd edilib.