Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda reyd keçirərək PKK terror təşkilatının 12 bazasını məhv edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Türkiyə Hərbi Hava Qüvvələri BMT Nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 5-ci maddəsini rəhbər tutaraq, noyabrın 7-də yerli vaxtla saat 18:00-da İraqın şimalında Qarada və Kandil bölgələrində hava əməliyyatı keçirib, terror təşkilatının 12 hədəfi vurulub", - bəyanatda deyilir.

O qeyd edir ki, PKK rəhbərliyinin nümayəndələri də daxil olmaqla xeyli sayda silahlı məhv edilib.