İraqın şimalındakı Metina və Qara bölgələrində aşkarlanan 6 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial media hesabında paylaşım edib.

Nazirlik 6 terrorçunun zərərsizləşdirildiyini və əməliyyatların davam edəcəyini açıqlayıb.

Yazıda aşağıdakı ifadələr yer alıb:

"Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina və Qara bölgələrində aşkarladıqları 6 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib. Qəhrəman Türk Silahlı Qüvvələrimiz qətiyyətlə terror yuvalarını məhv etməyə davam edəcək".