Türkiyə Ordusu İraqın şimalında Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində hava əməliyyatı həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, hava əməliyyatında 16 terrorçu hədəfi məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib.