Türkiyə Liviyanın şimal-qərbindəki Homs limanını 99 il müddətinə icarəyə götürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TGRT" telekanalı məlumat yayıb.

Məlumata görə, Türkiyə limanı hərbi baza yerləşdirmək üçün icarəyə götürür. Bu qərar Türkiyənin Şərqi Aralıq dənizində suverenliyinin gücləndirilməsinə kömək edəcək, həmçinin ölkənin ərazi sularına nəzarəti gücləndirəcək və ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, Türkiyə Liviyadakı hərbi bazada pilotsuz təyyarələrini və hava hücumundan müdafiə sistemlərini yerləşdirmək niyyətindədir.

 

Gözəl Həşimova