Türkiyə limanda baş verən partlayışda 75 min ton taxılın 20%-i zərər görüb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, partlayışın baş verdiyi anbarda ümumillikdə 75 min ton taxıl olub.

Prezident Rəcəb Tayyib Ərdoğanın administrasiyası partlayış zamanı 8 milyon ton taxılın itirilməsi ilə bağlı məlumatı isə təkzib edib.

Əlavə edək ki, Türkiyədə Mərmərə dənizindəki Derincə ticarət limanında baş verən partlayış nəticəsində 16 liftdən 13-ü zədələnib, qəza nəticəsində ən azı 12 nəfər yaralanıb.

 

Gözəl Həşimova