Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi bəzi sosial media hesablarında paylaşılan "İsrail Türkiyənin Kızılay anbarlarını vurdu. AFAD-ın yerləşdiyi binaya ciddi ziyan dəyib" iddialarının doğru olmadığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə mərkəzdən bildirilib. 

Açıqlamada deyilir: "Bəzi sosial media hesablarında paylaşılan "İsrail Türkiyənin Kızılay anbarlarını vurdu. AFAD-ın yerləşdiyi binaya ciddi ziyan dəyib" iddiası doğru deyil".

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

"İsrailin bombardmanı nəticəsində böyük ziyan görən sözügedən bina Fələstin Qızıl Aypara Cəmiyyətinin humanitar yardım anbarıdır və tikintisi Türkiyə Kızılay-ı tərəfindən dəstəklənib.

Beynəlxalq Humanitar Təşkilatlarda institutlararası əməkdaşlıq vacibdir.

Türk Kızılay-ı binanın inşası mərhələsində Fələstin Qızıl Aypara Cəmiyyətinə yardım edib və açarları təhvil verib və nəzarəti onlara həvalə edib.

Qəzzada nə AFAD-ın, nə də Türk Kızılay-ın nə logistika anbarı, nə də binası var. Əsassız iddialara inanmayın".

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) də sosial mediada "İsrailin hücumları zamanı AFAD-ın istifadə etdiyi binaya böyük ziyan dəyib" iddiaları ilə bağlı açıqlama verib.

Açıqlamada, "Qəzzada fəaliyyət göstərən qurumumuza aid logistika anbarı yoxdur", - deyilir.