"Türkiyə iqtisadiyyatına investisiya cəlb etmək üçün yeni yol xəritəsi hazırlamaq niyyətindədir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Cevdet Yılmaz investisiya mühitinin yaxşılaşdırılması üzrə koordinasiya şurasının iclasından sonra bildirib.

Onun sözlərinə görə, strategiya bütün maraqlı tərəflərin rəyləri nəzərə alınmaqla yekunlaşdırılacaq: "Bu gün biz dövlət və özəl sektorun bütün nümayəndələri ilə birlikdə fəaliyyət planımızı nəzərdən keçirdik. Kiçik dəyişikliklər edildi və ilkin tədbirlərə yanaşmalar müəyyənləşdirildi. İnvestisiya meyllərinin inkişafını nəzərə alaraq, yeni yol xəritəsinin hazırlanması zəruridir ki, ölkəmizə daxil olan investisiyaların həcmi artsın".

 

Gözəl Həşimova