Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov iki ölkə arasında 13 sahədə imzalanan əməkdaşlıq müqaviləsinin imzaatma mərasimində iştirak edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edilib ki, Prezident Ərdoğan Türkmənistan Prezidenti Berdiməhəmmədovu Prezident Administrasiyasında rəsmi mərasimlə qarşılayıb. Ərdoğan və Berdiməhəmmədov mərasim sahəsində yerlərini aldıqdan sonra iki ölkənin dövlət himnləri səsləndirilib.

Türkmənistan Prezidenti Berdiməhəmmədov fəxri qarovul dəstəsini qarşıladıqdan sonra hər iki lider nümayəndə heyətlərini bir-birinə təqdim ediblər.

İki lider daha sonra təkbətək görüşmək üçün Prezident Administrasiyasına gediblər.

Ərdoğan Türkmənistanın enerji ehtiyatları baxımından dünyanın ən önəmli ölkələrindən biri olduğunu deyib: "Türkmənistanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyədir. Türkiyə müstəqillik əldə etdiyi gündən bu yana türkmən qardaşlarının yanında olub və bundan sonra da belə olacaq".