Türkiyə Gömrük Mühafizə qrupları tərəfindən Kapıkule Gömrük Qapısında həyata keçirilən əməliyyatda bazar dəyəri 21,3 milyon lirə olan 5 min 338 ədəd avtomobil ehtiyat hissəsi müsadirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ticarət Nazirliyindən məlumat verilib. 

Məlumata görə, gömrük mühafizə qrupları qaçaqmalçılıqla mübarizə çərçivəsində həyata keçirilən işlər çərçivəsində Türkiyəyə daxil olmaq üçün Kapıkule Gömrük Qapısına gələn yük maşınına baxış keçirib.

X-ray müayinəsinə yönəldilmiş yük maşınında şübhəli yüklər aşkar edilib. Bundan sonra yük maşını fiziki axtarışa məruz qalıb. Avtomobilin qoşqusunun aşağı hissəsində ağ kisələrdə gizlədilmiş 5338 ədəd avtomobil ehtiyat hissəsi götürülüb.

Avtomobil ehtiyat hissələrinin bazar dəyərinin cəmi 21 milyon 347 min lirə olduğu müəyyən edilib.

Hadisə ilə əlaqədar Ədirnə Respublika Prokurorluğunda istintaq davam edir.