"Gəmiyə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq etdik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Ukraynanın cənubunda yerləşən İzmail limanına yaxınlaşan bir türk şirkətinə məxsus yük gəmisinə xəbərdarlıq atəşi açılması ilə bağlı Rusiyaya xəbərdarlıq mesajı ünvanlanıb.

Xatırladaq ki, bazar günü Rusiya qüvvələri Ukraynanın cənubunda yerləşən İzmail limanına doğru istiqamətlənmiş bir yük gəmisinə xəbərdarlıq atəşi açıb.

"Rusiya tərəfinə Qara dənizdə gərginliyi artıra biləcək bu cür cəhdlərdən çəkinmələri barədə xəbərdarlıq edilib", - bəyanatda deyilir.