Türkiyə hökuməti bu ölkəyə məxsus hərbi dəniz gəmisinin Fələstin sahillərinə göndərilməsi ilə bağlı xəbərləri təkzib edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Türkiyə hakimiyyəti bundan əvvəl dəfələrlə bəyan edib ki, ölkə İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün diplomatik səylər göstərir. Türkiyə Hərbi Hava Qüvvələri prezident Rəcəb Tayyib Ərdoğanın əmri ilə Fələstin sakinləri üçün Misirə bir neçə humanitar yardım, əsasən dərman və tibbi avadanlıqlar çatdırıb.

Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi demək olar ki, hər gün Qəzza böhranı ilə bağlı məlumatları təkzib edən bülletenlər dərc edir.