Bingöldə keçirilən narkotik əməliyyatı zamanı terror təşkilatının 36,4 milyard lirə qanunsuz gəlir əldə etməsinin qarşısı alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

"Bingöldə həyata keçirilən  narkotik əməliyyatı zamanı separatçı terror təşkilatının 36,4 milyard türk lirəsi dəyərində qeyri-qanuni gəlir əldə etməsinin qarşısı alınıb", - Yerlikaya qeyd edib.

Məlumata görə, əməliyyat nəticəsində 73 kiloqram çətənə tozu, 315 kiloqram bitki mənşəli narkotik maddə və 14 milyon 654 min 192 ədəd narkotik bitki kökü ələ keçirilib.