Türkiyə Daxili İşlər Nazirliyi 1-i narıncı kateqoriyada olan 4 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya açıqlama verib. 

"Şəhidlərin qanı yerdə qalmadı, qalmayacaq", - nazir bildirib.

O qeyd edib ki, Jandarma qüvvələrinin izinə düşdüyü terrorçulara qarşı əməliyyat keçirilib.

Əməliyyatda 4 terrorçu zərərsizləşdirilib. Terrorçulardan birinin narıncı kateqoriyada olan "Agit" kod adlı Veysi Aydemir olduğu müəyyən edilib.

Zərərsizləşdirilən terrorçuların 2015-2021-ci illər arasında 11 əsgərin şəhid olduğu, 19-nun yaralandığı 5 hücumda iştirak etdiyi məlum olub.

Əməliyyat çərçivəsində terrorçulara kömək etdiyi müəyyən edilən 8 nəfər də saxlanılıb.