"Türkiyə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ticarət dövriyyəsini ildə 50 milyard dollara çatdırmağı planlaşdırır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Hökumət Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə BƏƏ ilə ticarət dövriyyəsini 2 dəfədən çox artırmaq niyyətindədir.

O bildirib ki, hazırda Türkiyədə BƏƏ kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir.

 

Gözəl Həşimova