Türkiyə bütün ölkə ərazisində “Qəhrəmanlar” adlı genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində məlumat verib.

“Qəhrəmanlar əməliyyatı çərçivəsində Mersin, Van, Şanlıurfa, Mardin və Aydında 12 terror təşkilatı üzvü saxlanılıb. Ən azı 55 nəfər terror törətməkdə şübhəli şəxs saxlanılıb”, - deyən nazir əməliyyatlarda 13 440 təhlükəsizlik qüvvəsinin iştirak etdiyini qeyd edib.

 

Gözəl Həşimova