Bu gün Türkiyə Ali Seçki Şurasının Rəyasət Heyətində 31 mart bələdiyyə seçkilərində iştirak edən siyasi partiyaların birləşmiş bülletendə yerlərinin müəyyən edilməsi üçün püşkatma keçiriləcək.
İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Türkiyə Ali Seçki Şurası məlumat yayıb.
Bildirilib ki, seçkidə iştirak hüququ olan 36 partiya püşkatmada iştirak edə biləcək.
Qeyd edək ki, fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq.
Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı yerli vaxtla saat 18.00-dək təqdim edəcəklər.
Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.
Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.