Türkiyənin aparıcı birbaşa xarici investor və sənaye qrupu olan "SOCAR Türkiye" 2024-2025 mövsümündə "İğdır" futbol klubunun bütün rəsmi oyunlarının forma sponsoru olub.

İqtisadiyyat.az xəbər verir ki, "İğdır" klubunda keçirilən imza mərasimində "SOCAR Türkiye"nin baş direktoru Elçin İbadov, "İğdır" futbol klubunun prezidenti Cantürk Alagöz, klub rəsmiləri və futbolçular iştirak ediblər.

Razılaşmaya əsasən, "İğdır" futbol klubu bütün rəsmi matçlara SOCAR-ın loqosu olan forma ilə çıxacaq.