"Gənclər və İdman Nazirliyi federasiyalar, idman mütəxəssisləri ilə birlikdə yeni strategiya hazırlayır".
İqtisadiyyat.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Mariana Vasileva bildirib.
"Azərbaycan idmanının yeni strategiyası peşəkar idman növlərini, o cümlədən uşaqları və gəncləri, bütün idman sahələrini əhatə edəcək. Uşaq və gənclərin gələcəkdə idmanla daha fəal məşğul olması üçün planlarımız böyükdür", - nazir müavini əlavə edib.