AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 7-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilir.

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir.

“Səbail” – “Sabah” oyununda “Səbail” komandasının 7 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir.

“Səbail” – “Sabah” oyununda “Səbail” klubunun azarkeşləri tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail” komandasına xəbərdarlıq edilir.

“Səbail” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” komandası 700 manat cərimə edilir.

“Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt” komandası 500 manat cərimə edilir.