"Co Baydenin siyasəti ucbatından ABŞ ciddi problem yaşayır və cəhənnəmə düşüb". 

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.

"Ölkəmiz ciddi bəla içindədir. Artıq qələbələrimiz yoxdur. Co Bayden ölkəmizin cəhənnəmə düşməsinə icazə verdi", - Tramp "Truth" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Keçmiş prezident daha əvvəl demişdi ki, Bayden öz hərəkətləri ilə dünyanı üçüncü dünya müharibəsinə və nüvə münaqişəsinə apara bilər.