ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Respublikaçılar Partiyası) hazırkı Amerika lideri Co Baydeni (Demokratlar Partiya) korrupsioner, səriştəsiz tiran adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə şənbə günü Libertar Partiyasının Vaşinqtonda keçirilən milli qurultayında çıxışı zamanı müvafiq bəyanatla çıxış edib. 

"Mən sizinlə bu ölkədə solçu faşizmin güclənməsi və Ağ Evdəki korrupsioner və səriştəsiz tiranı – ABŞ tarixinin ən pis prezidenti olan Co Baydeni məğlub etməyin zəruriliyi haqqında danışmaq üçün buradayam", - Tramp qeyd edib. 

Onun sözlərinə görə, Bayden administrasiyası dövründə ABŞ söz azadlığına hörmət etmir.