ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni qüsurlu insan adlandırıb.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Trampın sözlərinə görə, Bayden əqli və fiziki cəhətdən qüsurludur və ABŞ tarixindəki ən pis prezidentdir.

Qeyd edək ki, Demokratlar Partiyasını təmsil edən 81 yaşlı Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyir. O, ABŞ tarixinin ən yaşlı prezidentidir. Yaşı ilə əlaqədar onun yenidən prezident seçilib-seçilməməsi ilə bağlı mübahisələr həm respublikaçılar, həm də demokratlar arasında intensivləşir.

 

 

Gözəl Həşimova