ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni demokratiya üçün təhlükə adlandırıb.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Respublikaçıların prezident seçkilərinin ilk praymerizində Tramp bildirib ki, Co Bayden həqiqətən demokratiya üçün təhlükədir və o, bacarıqsızdır.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin keçmiş prezidenti Baydeni ABŞ tarixinin ən pis lideri adlandırıb.

 

Əli Ağayev