"HƏMAS hərəkatının oktyabrın 7-də İsraildə girov götürülənlər arasından hələ də bir nəfər belə amerikalını azad etməməsi bu ölkəyə və onun rəhbərliyinə hörmətsizlikdən xəbər verir". 

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.

Siyasətçi "Truth" sosial şəbəkəsində yazıb: "HƏMAS-ın başqa ölkələrdən insanları geri qaytardığını, lakin hələ də bir dənə də olsun amerikalı girovu qaytarmadığını görən varmı? Bunun yalnız bir səbəbi var - ölkəmizə və onun rəhbərliyinə hörmətsizlik".

Qeyd edək ki, noyabrın 24-də HƏMAS 4-ü uşaq olmaqla 13 israillini azad edib. Bunun müqabilində İsrail 39 fələstinlini (24 qadın və 15 yeniyetmə) həbsdən azad etməyə razılaşıb. Bundan əlavə, Həmas Qətər hakimiyyətinin vasitəçiliyi ilə müqavilənin şərtlərinə uyğun olmayan 10 Tailand və 1 Filippin vətəndaşını azad edib. Üçüncü girov qrupunun bu gün azad oluna biləcəyi gözlənilir.