"Qazaxıstan dünya bazarlarında enerji resurslarının etibarlı təchizatçısı kimi özünü sübut edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən "Avrasiya Kazenergy Forumu"nun iştirakçılarına müraciətində deyib.

Onun sözlərinə görə, ölkə lazımi nəqliyyat və logistika infrastrukturunu fəal şəkildə inkişaf etdirir: "Müasir qlobal enerji ciddi iqlim və geosiyasi çağırışlarla üz-üzədir. Bu da enerji təhlükəsizliyinin, etibarlı enerji təchizatı zəncirlərinin, eləcə də yaşıl texnologiyalardan istifadənin vacibliyini göstərir”.

 

Gözəl Həşimova