Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə daşqın səbəbindən iyunda keçiriləcək Astana beynəlxalq forumunu ləğv etdiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə prezident "X"də məlumat verib.

“Qazaxıstanda görünməmiş daşqınların nəticələrinin aradan qaldırılması və ölkə vətəndaşlarına yardımın göstərilməsi üçün maliyyə resurslarına qənaət edilməlidir. Buna görə də mən bu il iyunun 13-14-də keçiriləcək Astana Beynəlxalq Forumunu ləğv etmək qərarına gəldim”, - məlumatda deyilir.

 

Gözəl Həşimova