İsrailin Təl-Əviv şəhərinin hakimiyyəti Qəzza zolağından kütləvi atəşə tutulduqdan sonra şəhərdəki bütün kütləvi tədbirləri ləğv etmək, eləcə də şəhər çimərliklərini bağlamaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şəhər merinin müşaviri İlana Mixaeli Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, şəhərdə ehtiyacı olanların hamısına yardım göstəriləcək.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.

Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. HƏMAS təşkilatı raketlərin atılması və Qəzza zolağından İsrail ərazisinə yaraqlıların sızması da daxil olmaqla birgə hücum həyata keçirib.