"Bu gün İsrailin mərkəzində ikinci dəfə hava hücumu sirenləri səslənib və əhali raket atəşi təhlükəsi barədə xəbərdar edilib".
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.
Məlumata görə, Təl-Əvivdə də həyəcan təbili çalıb.
"Təl-Əviv şəhərində və İsrailin mərkəzində siren səsləri eşidilib", - məlumatda deyilir.
Bundan əvvəl ordu Bakı vaxtı ilə saat 16:30 radələrində ölkənin mərkəzində hava hücumu xəbərdarlığı barədə məlumat verib.