İsrail İranın Dəməşqdəki konsulluğuna hücumda Amerika təyyarələri və raketlərindən istifadə edib və bu hücuma görə ABŞ məsuliyyət daşıyıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Dəməşqdə keçirdiyi mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"Birləşmiş Ştatlar İsrailə bu cinayəti törətmək üçün yaşıl işıq yandırdı; onlar İran konsulluğuna edilən hava hücumuna görə məsuliyyətdən yayına bilməzlər", - deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.